Son vaxtlar, demək olar ki, bütün Ermənistan-Türkiyə görüşlərində erməni tərcüməçisi kimi çıxış edən Gevorq Kaloşyan ölüb.

"Unikal" xəbər verir ki, onun ürəktutmadan vəfat etdiyi bildirilir.

Bir gün əvvəl o, Gümrü-Qars dəmir yolunun bərpası və yenidən açılması ilə bağlı işçi görüşdə iştirak edib.