Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V.Bədəlova və 1959-cu il təvəllüdlü F.İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***20:49
Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F. İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rəsmi araşdırma aparılır.
