İmişlidə baş verən avtomobil qəzasında xəsarət alan dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib: .
Qeyd olunub ki, aprelin 13-də saat 13:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdə birinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
**** 15:07
İmişli rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə İmişliyə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Sonra “Mercedes” yoldan çıxaraq aşıb.
Hadisə zamanı 4 nəfər xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
