Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı ağır xəsarət alıb və xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
