Yevlaxda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Unikal”ın ilkin məlumatına görə, hadisə Dəmiryolu vağzalının hüdudlarında baş verib. Bildirilir ki, 2010-cu il təvəllüdlü Ramil Quluzadə dayanıqlı vəziyyətdə olan yük vaqonunun üzərinə qalxıb. Bu zaman onu cərəyan vurub.

Ağır xəsarət alan uşaq dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov