Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində intensiv yağışlar nəticəsində yaranmış problemin səbəbi məlum olub.
"Unikal" xəbər verir ki, problem uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən ikimərtəbəli evlə bağlıdır.
Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.
Məlumata görə, gələcəkdə belə halların qarşısının alınması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülməsi və kollektorun bərpa edilməsi zəruri hesab olunur.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyi-nin xilasediciləri ərazidən sakinlərin təxliyəsini həyata keçirir.
