Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Osmanov Fərid Namiq oğlu odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, atəş mərhumun əlində olan silahdan açılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov