Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 1966-cı il  təvəllüdlü şəhər sakini İmran Bayramovun yaşadığı evdə meyiti tapılıb.

İlkin müayinə zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov