Mingəçevirdə 57 yaşlı kişi küçədə ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Ş.İ.Xətai küçəsində qeydə alınıb. Üzərində hər hansı zorakılıq əlaməti olmayan meyitin 57 yaşlı Kəlbəcər rayon Zar kənd sakini Şahlar Məmişova aid olduğu müəyyən edilib. Onun yolda gedərkən öz əcəli ilə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov