Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Aqua” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
