Gəncə şəhərində avtomobil ilə mopedin toqquşması nəticəsində xəsarət alan var.

Unikal”ın məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Hərəkətdə olan minik avtomobili ilə moped toqquşub.

Qəza zamanı mopedin sürücüsü, 2008-ci il təvəllüdlü F. Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, moped kuryer kimi fəaliyyət göstərib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov