Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

*** 10:55

İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla, ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.