Gəncədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) 28.03.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Qeyd olunur ki, bud çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, alın nahiyəsinin hematoması və sağ topuğun daxili səthinin sıyrılmış yarası diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
***10:54
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın bölgə müxbirinin məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
Toqquşma nəticəsində avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında olan piyadanı vurub. Hadisə zamanı bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
