Zaqatalada ayağından xəsarət alan 50 yaşlı kişi xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, həmin kənd sakini 50 yaşlı İlham Davudov yaşadığı ünvanda sərxoş vəziyyətdə evin pəncərəsinə təpiklə zərbə vurub və ayağından xəsarət alıb.

O, Tibbi Yardım Mərkəzinin Zaqatala Rayon Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da qanaxmadan həyatını itirib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Seymur Əli