Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müxtəlif bədən xəsatətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
*** 17:14
Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
"Unikal" xəbər verir ki, hadisə iki minik avtomobillərinin iştirakı ilə qeydə alınıb.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
