Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Rüfət Habil oğlu Əmrahov, 2010-cu il təvəllüdlü Fatimə Pərviz qızı Quliyeva, 1984-cü il təvəllüdlü Aynurə Zaur qızı Şatayeva və 2004-cü il təvəllüdlü İsmayıl Elxan oğlu Şatayev müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R.Əmirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.