Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində qeydə alınıb.

BMW və "Opel" markalı avtomobillərin toqquşması zamanı sürücü - 1991-ci il təvəllüdlü Hüseynov Elçin Elxan oğlu və kişi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Sürücünün vəziyyəti orta-ağır olaraq dəyərləndirilir. Xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Məlumata görə, yaralılardan biri qazidir. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov