Agsuda iki evdə yanğın baş verib. 

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində, 1959-cu il təvəllüdlü Cəbrayılov Rauf Zeyvər oğluna məxsus fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə FHN əməkdaşları və yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 144 kv/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb. 

Bundan başqa, gecə saatlarında Ağsu şəhər N.Tağızadə küçəsində 1961-ci il təvəllüdlü Qasımov Durasan İsmayıl oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Ümumi sahəsi 100 kv/m olan yaşayış evinin 100 kv/m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli