Göygöldə evdə qaz partlayıb.

"Unikal"ın Qərb bürosunun məlumatına görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyev bədənin müxtəlif hissəsinin yanması diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov