Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə,  hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin, 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

XXX

23:23

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, qəza Yuxarı Nemətabad kəndi yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 31 yaşlı sürücü Elvin Məmmədov xəsarət alıb. 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda araşdırmalar aparılır.

Ehtiram Muradov