18.03.2025-cü il saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi ) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
*** 09:07
Qazaxda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
