Qusarda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qusar rayonunun Şirvanlı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Sabirabad rayon sakinləri - 1980 -ci il təvəllüdlü Ə.Soltanov, 1993 - cı il təvəllüdlü C.Soltanov, 1999 - cu il təvəllüdlü S.Soltanov, 1996 - cı il təvəllüdlü P. Soltanov,l və 1987 - ci S.Həsənov ağır bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca

*** 19:57

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.