İşğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib.

Bu barədə "Unikal"a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən bildirilib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***20:26

Ağdam rayon sakini minaya düşərək həyatını itirib.

Unikal”ın Mingəçevir bölgəsi müxbirinin məlumatına görə, hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Belə ki, Füzulidə çoban kimi çalışan 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə həm at, həm də onun üzərində olan Ramil Hacıyev hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov