Gəncə 56 yaşlı kişi kəsici alətdən xəsarət alıb.

"Unikal"ın yerli məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini - 1970-ci il təvəllüdlü E.Orucov döş qəfəsinin kəsici-deşici alətlə xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Yaralıya dərhal yardım edilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov