Mingəçevirdə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərdə “Dəli Kür” restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov