Mingəçevirdə maşın skuterlə hərəkətdə olan iki yeniyetməni vurub.
"Unikal"ın məlumatına görə, 23 yaşlı Elçin Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil 2010-cu il təvəllüdlü Süleymanov Ayaz Ceyhunoviç və 2009-cu il təvəllüdlü Kərimov Cavidan Cavid oğlunu vurub. Mmüxtəlif bədən xəsarətləri alan yeniyetmələr xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
