Gəncədə 19 yaşlı gənc qız dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdü A.Danışyar huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib. Dərhal qadına yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Hadisə  yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov