Xəbər verdiyimiz kimi, gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb. 

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

***

11:07

Gecə saatlarında Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə dəyib və nəticədə aşıb.

Hadisə zamanı bir nəfərhəyatını itirib.