Daşkəsəndə 33 yaşlı kişinin başına daş düşüb.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən qızıl mədənlərinin birində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü C.Məhərrəmov kəllə-beyin travması və başının çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda 33 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 33 yaşlı C.Məhərrəmovun işlədiyi Daşkəsən rayonunda yerləşən qızıl mədənlərinin birində ehtiyatsızlıqdan başına daş parçası düşüb.
Faktla bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Tural Əhmədov
