Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “VAZ-21011”, daha sonra isə “Ford” markalı mikroavtobusa çırpılıb. 

"Unikal"ın məlumatına görə, “VAZ”-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.  

Həmçinin, digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.