İmişli rayonun Əliyetməzli kəndində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, hadisə kənd ərazisində qamışlıq sahədə qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə davam edir.

Xəlil Əliyev