Göygöldə qadın dərmandan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon sakini 1994-cü il təvəllüdlü Ü.Abbasəliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov