24.02.2026-cı il tarixində saat 17:10 radələrində Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-i kişi, 3-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir. 

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.

Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

*** 20:31

Şəmkirdə qəzada xəsarət alanların kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, xəsarət alanlar Gədəbəy rayon sakinləri - 2006-cı il K.Səlimov,1988-ci il təvəllüdlü A.Vəliyeva,1960-cı il təvəllüdlü N.Səlimova  və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü. T.Qocayevadır.

*** 19:48

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Şəmkir–Gədəbəy yolunun Qasımallılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı 73 yaşlı şəxs xəstəxanaya aparılarkən yolda həyatını itirib. Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov