Şəmkirdə minik maşınının vuraraq öldürdüyü qadının kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, ölən qadın 1968-ci il təvəllüdlü (58 yaş) Şhevçenko Nataşa Petrov qızıdır.
Xatırldaq ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Hakim Şükür oğlu idarə etdiyi "VAZ"-2106 markalı avtomobillə piyada, Ukrayna Respublikasının vətəndaşı olmaqla, Şəmkir şəhərində yaşayan, 1968-ci il təvəllüdlü (58 yaş) Şhevçenko Nataşa Petrov qızını vurmuş, zərərçəkən ölüb.Faktla bağlı araşdırma aparılır.
**** 10:12
Şəmkirdə piyadanı avtomobil vurub öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2106 markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
