Gəncə Şəhər Birləşmiş Xəstəxanası azyaşlının ölümü ilə bağlı açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, açıqlamada bildirilir ki, bu gün saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

XXX

08:42

Gəncədə 3 yaşlı uşaq qızdırmadan ölüb.

"Unikal"ın məlumatına görə, 2023-cü ill təvəllüdlü O.Məmmədov qızdırma diaqnozu ilə ağır vəziyyətdə Gəncədə yerləşən tibb müəssisələrinin birinə çatdırılıb. Lakin həkimlərin tibbi yardımlarına baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, 3 yaşlı O.Məmmədov yüksək hərarətdən ölüb.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. 

Tural Əhmədov