Azərbaycanda fevralın 20-də ⁠cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.