Kəlbəcər rayonunda bir kişi işlədiyi şirkətdə vəfat edib.
“Unikal”ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birində qeydə alınıb. Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü R.İsmayılovun iş zamanı qəfil halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım çağırılıb. Müayinə zamanı 57 yaşlı kişinin vəfat etdiyi müəyyən olunub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata əsasən, R.İsmayılov ürək tutmasından dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib, ekspertizadan sonra ailəsinə verilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
