Mingəçevirdə maşın tələbənin ayağının üstündən keçib.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Bakı şəhər sakini Babayev Sahib İlqar oğlu yolu keçmək istərkən hərəkətdə olan avtomobil ayağının üstündən keçib. Yaralı piyada xəstəxanaya çatdırılıb. Gənc piyadanın sözlərinə görə, hadisədə sürücü deyil, özü günahkardır. Çünki təcili yolu keçmək istərkən ehtiyatsızlıq edib.
Qeyd edək ki, Sahib Babayev Mingəçevir Dövlət Universitetinin tələbəsidir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
