Ucarda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarabörk kəndində qəbiristanlıqda qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.