Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Unikal” xəbər verir ki, Cəlilabad rayon sakini, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş şəhid Quliyev Mahir Abuzər oğlunun nəşi müəyyən edilib.

Məlumata görə, şəhid Mahir Quliyevin dəfn mərasimi 19 fevral tarixində keçirilməsi planlaşdırılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir.

Xəlil Əliyev