Samuxda evdən 26 yaşlı kişinin meyiti tapılıb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. Qəsəbə sakini olan 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun  meyiti yaşadığı evdən aşkarlanıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov