Şamaxı rayonunda dəm qazından zəhərlənmə baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü - ana və iki övladı zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.