Qusarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub

"Unikal"ın Şimal bürosunun məlumatına görə, qəza nəticəsində Quba-Qusar-Quba istiqamətində hərəkətdə olan marşrutda xəsarət alan sərnişinlər, rayon sakinləri, 1984-cü il təvəllüdlü T.Həmidova, 1962-ci il təvəllüdlü S.Əliyeva və 1990-cı il təvəllüdlü M.Xanova və 1970-ci il təvəllüdlü M.Nurullayeva olduğu bildirilir.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 

*** 17:14

Qusarda mikroavtobus aşıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qusar şəhərinin giriş hissəsində yolun buzlu olması səbəbindən mikroavtobus aşıb.

Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin Qusardan Quba istiqamətində avtomobillərin hərəkətində  çətinlik yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Asiman Qaraca