77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.
"Unikal" xəbər verir ki,hadisə Qax rayonunun Güllük kəndində baş verib. Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə Qax rayonunun Güllük kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 1949-cu il təvəllüdlü Abdurahman Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli
