Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.