Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i qadın, 2-i kişi olmaqla xəsarət alan 3 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Hazırda onların müalicələri davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir”, - deyə məlumatda vurğulanıb.
***16:45
Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticısində Murad Ələkbərov ölüb, Sabir Ələkbərov, Nuranə Ələkbərova və Samir Sabir Ələkbərov isə yaralanıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı ölən və yaralananlar bir ailənin üzvləridir.
