Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.
"Unikal" xəbər verir ki, hadisə yanvarın 17-də rayonun Zəhmət kəndində baş verib.
1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Paytaxtın Suraxanı rayonunda isə 67 yaşlı şəxs dəm qazından boğulub. Hadisə yanvarın 17-də qeydə alınıb.
Hövsan qəsəbə sakini 1959-cu il təvəllüdlü Tahir Ağayev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
