Mingəçevir sakini intihara cəhd edib.

"Unikal" xəbər verir ki, hadisə şəhər qəbristanlıqlarından birində baş verib. 41 yaşlı Münasib Elbrus oğlu Qasımov atasının qəbri üstdə sirkə turşusu içərək intihara cəhd edib. Ağır durumda xəstəxanaya çatdırılan Münasib Qasımov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov