Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə İsmət Qayıbov küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "KamAz" markalı yük maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə sərnişin avtobusunun sürücü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Tural Əhmədov
