Şəmkir rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində xəsarət alanlardan biri xəstəxanada vəfat edib.
"Unikal"ın məlumatına görə, ölən şəxs 1985-ci il təvəllüdlü R.Süleymanovdur.
Qəza zamanı ağır xəsarət alan digər şəxs – 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
XXX
09:05
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdlü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
